Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
“İnter”lə “Mançester Siti”dən heç-heçə, PSJ-dən qələbə - ÇL-də gecənin nəticələri

UEFA Çempionlar Liqasının Liqa mərhələsində daha 6 görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, I turunun ikinci oyun günündə “Seltik” (Şotlandiya) evdə “Slovan”a, (Slovakiya) “Borussiya” (Dortmund, Almaniya) səfərdə “Brügge”yə (Belçika) qalib gəlib.
PSJ isə “Jirona”nı son dəqiqə qolu ilə məğlub edib - 1:0.
“Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya) görüşündə hesab açılmayıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
18 sentyabr
“Bolonya” (İtaliya) - “Şaxtyor” (Ukrayna) 0:0
“Sparta” (Çexiya) - “Zaltsburq” (Avstriya) 3:0
“Brügge” (Belçika) - “Borussiya” (Dortmund, Almaniya) 0:3
“Seltik” (Şotlandiya) - “Slovan” (Slovakiya) 5:1
“Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya) 0:0
PSJ (Fransa) - "Jirona"(İspaniya) 1:0
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq.






















































