Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
18 Ara 19:44Hadisə
Suraxanı rayonunda narkotik vasitə qəbul edərək qəza törədən sürücü müəyyənləşdirilib
Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha bir sürücünü müəyyənləşdiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bülbülə qəsəbəsində yaşayan Fuad Əsgərliyə idarə etdiyi “VAZ 2106” markalı avtomobilin sükanı arxasında olan zaman “saxla” işarəsi verilib.
Sürücü yol polislərinə tabe olmayıb və avtoxuliqanlıq edərək hərəkətini davam etdirib.
Ramana qəsəbəsində Fuad Əsgərli idarəetməni itirib və avtomobili “Mercedes” markalı başqa nəqliyyat vasitəsinə vuraraq qəza törədib. İlkin sorğu zamanı sürücü nəqliyyat vasitəsini narkotik vasitə qəbul edərək idarə etdiyini bildirib.
Təyin olunan ekspertizanın nəticəsində Fuad Əsgərlinin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu bir daha sübuta yetirilib. Həmçinin aparılan araşdırmalar zamanı sürücünün idarə etdiyi avtomobilin dövlət nömrə nişanını da dəyişdiyi və Suraxanı rayonunda dəfələrlə avtoxuliqanlıq hərəkətləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu müəyyənləşdirilib. Sürücü barədə protokol tərtib olunub. Onun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin