Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
Qərbi Azərbaycan İcmasından Fransa ilə bağlı sərt bəyanat: “İfşa etməyə davam edəcəyik!”
Fransanın Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə bağlı tələm-tələsik bəyanat verərək, guya qərarın Fransanın mövqeyinə uyğun olduğu təəssüratı yaratmağa çalışmışdır.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
“Fransız diplomatiyasına yaxşı məlumdur ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarında sadəcə Azərbaycanın onsuz da atmaqda olduğu addımlar sadalanıb. Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq, öz ərazisində yaşayan bütün insanların hüquqlarını təmin edir. Azərbaycan Qarabağ bölgəsindən köçmüş ermənilərin qayıdış hüququ ilə bağlı öz siyasətini aydın bəyan edib.
Ona görə də Fransanın bu məsələyə müdaxilə etməsi yersizdir, əsassızdır və təxribat xarakteri daşıyır.
Yaxşı olardı ki, Fransa iradlarını özünə və qovulmuş azərbaycanlıların qayıdışına hətta nəzəri olaraq belə razılıq verməyən Ermənistan hökumətinə yönəltsin. Fransa Ermənistanı qeyd-şərtsiz dəstəkləməklə onun törətdiyi insanlıq əleyhinə cinayətlərə, o cümlədən azərbaycanlıların qayıdış hüququnu pozmasına şərik olur.
Qərbi Azərbaycan İcması Fransanın insan hüquqları kimi ülvi dəyərdən sui-istifadə edərək regionda mənfur neokolonial məqsədlərini irəlilətmək cəhdlərini ifşa etməkdə davam edəcək”, - bəyanatda qeyd olunub.























































