“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Azərbaycan futzal millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq.
Oxu.Az-ın məlumatına görə, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşacaq.
Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutacaq görüşü Litvadan olan hakimlər briqadası idarə edəcək.
Son tur ərəfəsində Azərbaycan yığması 4 xalla sonuncu pillədə qərarlaşıb, Niderlandın isə hesabında 6 xal var. Millimiz qələbə qazanacağı təqdirdə, qrupu ikinci pillədə tamamlaya bilər. Komandanın pley-off mərhələsinə vəsiqə qazanıb-qazanmayacağı isə digər qruplardakı nəticələrdən də asılı olacaq.
Qrupun digər matçında Rumıniya ilə Qazaxıstan birincilərin meydançasında üz-üzə gələcəklər.
DÇ-2024, elit mərhələ
A qrupu, VI tur
20 dekabr
21:30. Niderland - Azərbaycan
Hakimlər: Dominikas Norkus, Mantas Pomeçkis, İrmantas Kapraşovas (hamısı Litva).
Timekeeper: Joern Te Kloeze (Niderland).
Hakim-inspektor: Karel Heniç (Çexiya).
UEFA nümayəndəsi: Fabritsio Di Feliçe (İtaliya).
Almere. “Topsportsentrum Arena”.