Xəbər Lenti
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
01 Ara 02:40İdman
Argentina və Polşa yığmaları mundialın pley-off mərhələsində
Bakı, 1 dekabr, AZƏRTAC
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsinə yüksələn daha iki milli komanda müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, C qrupunun üçüncü turu çərçivəsində Polşa və Argentina milliləri üz-üzə gəliblər. “Stadium 974”də oynanılan matçın ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Argentina yığması 46-cı dəqiqədə istəyinə çatıb. Belə ki, Aleksis Makallister komandasını hesabda önə keçirib. Təzyiqi artıran Cənubi Amerika təmsilçisi 68-ci dəqiqədə rəqibi meydanın mərkəzinə dəvət edib. Bu dəfə Argentina millisinin heyətində Xulian Alvares fərqlənib və bu, oyunda vurulan sonuncu qol olub. Beləliklə, görüş Argentina millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qurupun digər oyununda Səudiyyə Ərəbistanı və Meksika komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Meksika millisi 2:1 hesabı ilə qalib gəlib. “Lusail” stadionunda oynanılan matçda Meksika yığmasının qollarını 48-ci dəqiqədə Enri Martin və 52-ci dəqiqədə Luis Çaves vurublar. Rəqib komandanın qoluna isə 95-ci dəqiqədə Salem Aldavsari imza atıb.
Argentina millisi 6 xalla qrup lideri kimi pley-off mərhələsinə yüksəlib. Polşa millisi isə 4 xalla ikinci pillədə qərarlaşıb və mərhələ adlayıb. Eyni xala malik Meksika üçüncü, hesabında 3 xal olan Səudiyyə Ərəbistanı isə sonuncu olub.
Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa və Avstraliya yığmaları da səkkizdəbir finala vəsiqəni təmin ediblər. Pley-off mərhələsində Argentina millisi Avstraliya, Fransa isə Polşa ilə qarşılaşacaq. Argentina – Avstraliya oyunu dekabrın 3-də Bakı vaxtı ilə saat 23:00-da, Fransa – Polşa matçı isə ertəsi gün saat 19:00-da başlayacaq.