III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası baş tutub
Telefon izləmə imperiyası qurdular: Nə virus var, nə casus proqramı - Hər kəs izlənilir
“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
Sumqayıt şəhər İcra hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi Lalə Hacıyeva: “18 oktyabr – qürur və azadlıq günümüzdür!”
Aİ-də sığınacaq üçün müraciətlərin sayı kəskin artıb
Avropa İttifaqına (Aİ) ilin sonuna kimi sığınacaqla bağlı bir milyondan çox müraciət daxil olacaq. Doqquz ay ərzində 937 minə yaxın belə müraciət qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çoxdur.
Bu barədə Aİ-nin Sığınacaq Agentliyi məlumat yayıb.
Təkcə oktyabr ayında agentlik təxminən 123 000 müraciət qeydə alıb ki, bu da son 7 ildə ən yüksək aylıq göstəricidir.
Aİ Sığınacaq Agentliyinin direktoru Nina Qreqori hesab edir ki, yüksəliş tendensiyası 2024-cü ildə də davam edəcək.
“Ətrafımızdakı dünya getdikcə qeyri-sabit vəziyyətə gəlir. 2024-cü ildə və ondan sonrakı illərdə qaçqınların müdafiəsinə ehtiyac azalmayacaq, bəzi hallarda isə hətta artacaq”, - deyə o bildirib.
Əsas istiqamət, keçən il olduğu kimi, Almaniyadır. Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi bildirib ki, Avropada sığınacaq axtaranların ümumi sayının üçdə biri - 325 min nəfər Almaniyada qalmaq üçün müraciət edib. Bu, ötən illə müqayisədə 52% daha çoxdur.
Ukraynadan gələn qaçqınların sayı artmaqda davam edir, doqquz ayda bu say 320 min nəfər artıb. Hazırda Avropada müvəqqəti müdafiədən yararlana bilən 4,16 milyon ukraynalı var. Bunlardan 1,17 milyonu Almaniyada, bir milyona yaxını isə Polşadadır.
Mənbə: octagon.media