Xəbər Lenti
12-12-2025, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12-12-2025, 08:58
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
TDT Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib
“Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən liderlərimiz sadəcə regional deyil, həm də beynəlxalq aləmdə ədalətlə bağlı qətiyyətli mövqelərini ortaya qoyublar”.
Bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevin Yeni il münasibətilə təbrikində qeyd olunub.
Qeyd olunub ki, Astana Zirvə görüşü türk dünyasında yeni və vacib səhifə açıb:
“Türk dünyası beynəlxalq geosiyasi proseslərlə bağlı ortaq mövqe nümayiş etdiriblər”.
Bildirilib ki, ötən il ciddi uğurlar əldə olunub:
“TDT daxilində əməkdaşlığımızı inkişaf etdirdik. 30-a yaxın sahədə münasibətləri genişləndiririk”.
Baş katib 2024-cü ilin TDT üçün daha uğurlu olmasını arzulayıb.






















































