"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
İlk türkiyəli astronavt Alper Gezeravcı kosmosdan Ərdoğanla danışdı
İki gün əvvəl Beynəlxalq Kosmik Stansiyaya çatan və orada araşdırma işlərinə başlayan ilk türkiyəli astronavt Alper Gezeravcı kosmosdan ilk olaraq prezident Rəcəb Tayyib Ərdoğanla əlaqə yaradıb.
Türkiyə prezidenti ölkənin ilk astronavtına uğurlar arzulayıb və onun kosmosda olmasından qürur duyduğunu bildirib.
“Orada olmaq necə hissdir, hansı işləri həyata keçirirsən?”, - deyə Türkiyə prezidenti astronavtdan soruşub.
“Özünü quş kimi yüngül hiss edirsən. Çox fərqli bir təcrübədir. Eksperimentlər aparıb ölkəmizə gətirəcəyəm. Çox yaxşıyam. Türkiyənin astronavtika və elm missiyasında iştirak etdiyim üçün xoşbəxtəm. Ölkəmi təmsil etdiyim və bayrağımızı Beynəlxalq Kosmik Stansiyaya qaldırdığım üçün qürur hissi keçirirəm. Özümüzə olan inamımızı yüksəltməyə və gücləndirməyə imkan yaratdığınız üçün sizə minnətdaram”, - deyə Alper Gezeravcı cavab verib.
“Pilot kimi qalxdığın hündürlükdən də xeyli irəli getdin. Əminəm, çətin bir səyahət təcrübəsi yaşamısan”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Qeyd edək ki, türkiyəli astronavtın ailəsi ilə yanaşı, eyni zamanda sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə də videogörüşü, Bursadakı Gökmen Kosmik Aviasiya Təhsil Mərkəzi və Ankaradakı Tübitak Kosmik Mərkəzi ilə də əlaqə yaradacağı nəzərdə tutulur.
Mənbə: Türkiye Gazetesi























































