Menu
Xəbər Lenti
Generala ağır itki
8-09-2026, 08:08

Generala ağır itki

Faktiki hava açıqlandı
6-09-2026, 10:05

Faktiki hava açıqlandı

30 Ock 16:49Manşet / Gündəm / İdman

Azərbaycan voleybolçusu Türkiyə çempionatında həftənin ən yaxşıları sırasında

 

Türkiyənin “Karayolları” komandasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova həftənin ən yaxşı oyunçuları sırasında yer alıb.

AZƏRTAC xəbər verir ki, 33 yaşlı hücumçu buna Sultanlar Liqasının XVIII turunda “Aydın Böyükşəhər Bələdiyyəspor”la qarşılaşmada 26 xal toplayaraq nail olub.

Görüş P. Rəhimovanın komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Karayolları” turnir cədvəlində 6 xalla sonuncu - 14-cü yerdə qərarlaşıb.