Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Ermənistan kəndi Gürcüstana qaytaracaq?
Ermənistan təkcə Azərbaycanla deyil, həm də Gürcüstanla sərhədlərin demarkasiyasına hazırdır.
Bununla bağlı Ermənistan KİV-də yayılan məlumata görə, İrəvan Gürcüstanla sərhəddəki Lori vilayətindəki Ciliza kəndini Tbilisiyə qaytarmağa hazırlaşır.
Qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda ölkəsinə rəsmi səfərə gəlmiş gürcü həmkarı İrakli Kobaxidze ilə görüşündə də bu məsələni müzakirə edib.
“Bu gün biz Ermənistan və Gürcüstan arasında demarkasiya prosesinin intensivləşdirilməsi imkanlarını da müzakirə etdik”, - deyə Paşinyan Gürcüstanın baş naziri ilə görüşdən sonra bildirib.
Xatırladaq ki, Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiya və demarkasiya məsələsini 1992-ci ildən müzakirə edirlər. 1996-cı ildən isə iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya komissiyaları fəaliyyət göstərir, amma bu istiqamətdə işlər ləng gedir.






















































