Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

14 Ara 17:17Manşet / Gündəm / Siyasət

Azərbaycan-Ermənistan: Sərhədlər üzrə reqlament, üçüncü ölkə məsələsi - ŞƏRH

 

Azərbaycan və Ermənistan arasında növbəti razılıqların çərçivəsi elan olunub (Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyasının).

Belə ki, iki komissiya iclasların reqlamenti, birgə işçi görüşlərin təşkilini, keçirilməsi qaydalarını müəyyənləşdirib.

Ümumilikdə isə, komissiyaların bu gün verdiyi qərarlar sülh müqaviləsinin sərhəd aspektlərini nikbin bir ruhda razılaşdırılmasını ifadə edir.

Bu, Azərbaycanla Ermənistanın saxladığı hərbçilərin geri qaytarılmasını təmin etdikdən sonra müsbətə doğru daha bir addımdır.

Azərbaycan Baş naziri Əli Əsədovun təsdiqlədiyi Reqlamentə əsasən, komissiyaların sədrləri arasında razılaşma ilə müəyyən olunacaq.

İclasların və birgə işçi görüşlərin işçi dilləri rus və ya ingilis dilləridir.

Əli Əsədovun təsdiqlədiyi sənəddə diqqətçəkən məqam görüşlərin Azərbaycan və Ermənistan əraziləri ilə yanaşı, üçüncü ölkələrin də ərazisində keçirilə biləcəyi ilə bağlı razılaşmanı göstərməsidir. “Üçüncü ölkə” deyilərkən, böyük ehtimalla Gürcüstan nəzərdə tutulur.

Ermənistan baş nazirinin müavini və ölkəsinin delimitasiya Komissiyasının sədri Mher Qriqoryanın açıqlamasında isə başqa bir məqam diqqət mərkəzinə düşür.

Bu, delimitasiya ilə bağlı “xəritə”, “hüquqi sənəd” anlayışlarının müəyyənləşdirilməsi metodologiyasının razılaşdırılmasıdır.

Deməli, hələ sərhədlərin hansı xəritələrlə müəyyənləşdirilməsi prinsipində razılıq yoxdur və bu barədə konsensus gələcək görüşlərdə əldə edilə bilər.

Görünür ki, Azərbaycan və Ermənistan delimitasiyasının xəritə üzərindəki təyinatında kənar qüvvələrin rolu olmadan ortaq nöqtə tapmağa cəhd edirlər.

Hərçənd ki, Azərbaycan tərəfindən dəfələrlə səslənən siyasi bəyanatlar delimitasiya kontekstində xəritənin müəyyən edilməsini şərtləndirir.

Bu istiqamətdə Azərbaycan və Ermənistanın müvafiq komissiyalarının gərgin iş qrafiki və müzakirələr gözləyir.

Aqşin Kərimov