Netanyahu İsrail və İran xalqlarına müraciət etdi: "Hərbi əməliyyatlar hakimiyyət dəyişikliyi üçün şərait yaratmalıdır"
KİV: Netanyahu yeraltı bunkerdə təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə görüş keçirir
İsrail-İran MÜNAQİŞƏSİ - Tehrandan başqa, daha altı şəhərdə PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR
Ötən mövsüm Azərbaycan Premyer Liqasında ən çox braziliyalı legionerlər oynayıblar - SİYAHI
2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında 245 futbolçu çıxış edib.
“Report” xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.
Onlardan 141-i Azərbaycan vətəndaşı, 104-ü legioner olub.
Əcnəbilərdən ən çox Braziliyadan olanlar üstünlük təşkil ediblər. Cənubi Amerika təmsilçisindən 12 oyunçu Premyer Liqa klublarının formasını geyinib.
Fransa, Gürcüstan, Rusiya və Ukraynadan hərəyə 8, Nigeriyadan 6, Portuqaliya və Serbiyadan 5, İspaniyadan 4, Xorvatiya və İsraildən 3, Niderland, Qana, Şimali Makedoniya, Monteneqro, Belçika, Belarus və Albaniyadan 2, Almaniya, Argentina, Bolqarıstan, Böyük Britaniya, Burkina-Faso, CAR, Mərkəzi Afrika Respublikası, Haiti, İordaniya, İran, Kamerun, Kolumbiya, Liberiya, Moldova, Panama, Paraqvay, Toqo, Türkiyə, Yaponiya və Yunanıstan hərəyə bir futbolçu ilə təmsil edilib.





















































