Xəbər Lenti
18-03-2026, 09:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
18-03-2026, 08:08
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
16-03-2026, 11:44
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil edib
İstismarın yeni formaları ortaya çıxdıqca qurbanların daha böyük hissəsini kişilər təşkil edib.
“Report”un xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.
“Birləşmiş Millətlər Təşkilatının 2023-cü ilin yanvar ayında açıqladığı 141 ölkəni əhatə edən son Qlobal Hesabatdan görünür ki, istismarın yeni formaları ortaya çıxdıqca qurbanların daha böyük hissəsini kişilər təşkil edib, onların sayı əvvəlki illərlə müqayisədə təxminən üç faiz artıb, habelə fiziki zorakılıqdan qadın qurbanlar kişilərə nisbətən üç dəfə, uşaqlar isə böyüklərlə müqayisədə iki dəfə çox zərər çəkiblər”, - məlumatda qeyd edilib.























































