Xəbər Lenti
27-08-2026, 11:31
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
26-08-2026, 13:32
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
25-08-2026, 13:48
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
25-08-2026, 12:54
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
Onlara Dövlət Mükafatları verildi - Sərəncam
Prezident İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, 2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:
Texnika sahəsi üzrə mükafat “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə Vaqif Məcid oğlu Fərzəliyevə, Həqiqət Əliəşrəf qızı Cavadovaya və Əfsun Rəzzaq oğlu Sucayevə verilib.
Mədəniyyət sahəsi üzrə mükafat teatr rejissorluğu sahəsində fəaliyyətinə görə Mehriban Zaur qızı Ələkbərzadəyə verilib.






















































