Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Braziliya Uruqvaya, Argentina Ekvadora rəqib oldu
Amerika Kubokunda qrup mərhələsinə yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, D qrupunda dünən baş tutan görüşlərdən sonra sonuncu 1/4 finalçılar müəyyənləşib.
Günün əsas oyununda Braziliya Kolumbiyanı məğlub edə bilməyib. Bu səbəbdən liderliyi rəqibə bağışlayan “sambaçılar” qrup ikincisi olub.
Braziliya – Kolumbiya 1:1
Qollar: Rafinya, 12 – D.Munyos, 45+2.
Kosta Rika – Paraqvay 2:1
Qollar: F.Kalvo, 3. J.Alkoser, 7 – R.Sosa, 55.
Xal durumu: Kolumbiya – 7, Braziliya – 5, Kosta Rika – 4, Paraqvay – 0.
Beləliklə, Amerika Kubokunda bütün 1/4 final cütlükləri müəyyənləşib.
Argentina – Ekvador
Venesuela – Kanada
Uruqvay – Braziliya
Kolumbiya – Panama
Turnirin yarımfinalında 1/4 finalın birinci və ikinci cütlüyünün qalibləri, həmçinin üçüncü və dördüncü cütlüklərin qalibləri üz-üzə gələcək.






















































