Netanyahu İsrail və İran xalqlarına müraciət etdi: "Hərbi əməliyyatlar hakimiyyət dəyişikliyi üçün şərait yaratmalıdır"
KİV: Netanyahu yeraltı bunkerdə təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə görüş keçirir
İsrail-İran MÜNAQİŞƏSİ - Tehrandan başqa, daha altı şəhərdə PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR
Məktəblərdə şagirdlərin pis vərdişlərdən qorunması: maarifləndirmənin zəruriliyi və məsuliyyət bölgüsü.
Ali Baş Komandanımız İlham Əliyev Xocalımızı geri aldı və soyıqrım cinayətini memorialla əbədiləşdirdi-Könül Nəbizadə
“Gənclər danışır!” natiqlik proqramının bağlanış tədbiri baş tutub

“Xezertv.info” xəbər verir ki, gənclərin öz fikirlərini daha effektiv şəkildə ifadə etməyi və natiqlik qabiliyyətini artırmağı hədəfləyən, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Vətəndaş Cəmiyyətində Debat" (DVC) İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclər danışır!” natiqlik proqramının bağlanış tədbiri baş tutub.
Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək, 1 ay davam edən natiqlik proqramının gənclərin bu sahədə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində önəmli rol oynadığını bildirib. İştirakçı gənclərə uğurlar arzulayan baş direktor, gələcəkdə GİKM tərəfindən şəxsi inkişaf və karyera quruculuğu istiqamətində həyata keçiriləcək yeni layihələr haqqında da məlumat verib.
Qeyd edək ki, proqram daxilində gənclər üçün ilk olaraq "Debatın nitqdə rolu", “Özünü ifadə et”, “Auditoriyanın diqqətini cəlb etməyin yolları” mövzularını əhatə edən təlimlər təşkil edilib.
Həmin təlimlərdə iştirak edən və fərqlənən 5 gəncin iştirakı ilə natiqlik müsabiqəsi keçirilib. "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş bağlanış tədbirində gənclər DVC-nin nümayəndəsi Fatimə Mirzəyevanın moderatorluğu ilə "Təbii resurslardan istifadə məhdudlaşdırılmalıdır" mövzusunda inkar və təsdiq mövqeyində çıxış edərək, qalibiyyət uğrunda mübarizə aparıblar. Münsiflər heyətinin dəyərləndirməsinə əsasən qalib seçilib. Qalib və iştirakçılar hədiyyə və sertifikatla təltif olunublar.























































