Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

09 Ağu 13:48Manşet / Gündəm

Azərbaycanda keçirilən şəffaf və demokratik seçkilər Dünya üçün nümunədir. Azərbaycan şəffaf və ədalətli parlament seçkilərinə hazırdır

 

Bütün dünyada seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların ən kütləvi iştirak formasıdır. Bu mənada xalqın iradəsinin ifadəsi sayılan seçkilərin demokratik, azad keçirilməsi ölkədəki ictimai-siyasi sabitlikdən, ilk növbədə normal seçki keçirilməsinə əsaslı şərait yaradılmasından asılıdır. Bununla yanaşı, istənilən dövlətdə seçkilərin ədalətli və şəffaf həyata keçirilməsi həmin cəmiyyətin demokratik mühitinin yüksək olmasından xəbər verir. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı, etibar etdiyi siyasi qüvvəyə bağlayır. Seçkilərin nəticələri qarşıdakı dövrdə ölkəmizin inkişafı, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və digər məsələlər kontekstində böyük xüsusi daşıyır.


İsmayılZalov


Zalov İmzaTvAlyanstəsisçisi


Beynəlxalq Hüquq Eksperti


Rusiya,Türkiyə keçirilən prezident seçkilərində və Hindistan dövlətində (Baş Nazir) seçkilərində iştirak etmiş və dəyərləndirmişdir. Lakin ölkəmizdə keçirilən seçkilər diğər ölkələrdən demokratik, ədalətli və şəffaflığıyla seçilir. Ölkəmizdə keçirilən seçkilər nəticələri: MSK və xarici “ Exit-Poll “ üst – üstə düşür. Buda seçkilərin nə qədər demokratik,şəffaf olduğunu göstərir. MSK seçki öncəsindən quraşdırdığı nəzarət kameraları seçki ərəfəsində bütün dünyaya canlı yayım verəcək. Eyni zamanda seçki nəticələrinin şəffaf sayımı, zamandına açıqlanması bu prossesə nə qədər ciddi yanaşdığını göstərir.MSK aylat öncəsindən bütün namizədlərin ədalətli seçki kampanyası aparmasına şərait yaratması diğər ölkələrə örnək olmalıdır. Diğər təcrübələrimə əsaslanaraq 1- Sentyabr seçkiləri MDB və Qafqaz ölkələrinə seçki prosessi keçirilməsi haqqında bir örnək göstərilməlidir.


Tariximizdə ilk dəfə Azərbaycanın bütün ərazilərində seçki prossesi keçiriləcək. Qarabağımızda yaşayan erməni əsilli vətəndaşlarımızda, diğər vətəndaşlarımız kimi seçkidə iştirak edib öz səslərini istənilən namizədə verə biləcəklər. Buda seçki ərəfəsinin nə qədər demokratik,multikultural və ədalətli keçiriləcəyinin göstərgəsidir.


Seçkiöncəsi mühit isə olduqca sabit və şəffafdır, bütün namizədlərə bərabər şərait, imkanlar yaradılıb. Seçkilərin nəticələrini isə Azərbaycan xalqının iradəsi müəyyən edəcək. Göründüyü kimi, Azərbaycan Respublikasında mövcud qanunverici baza ən demokratik, azad şəffaf və plüralist əsaslarla istənilən səviyyədə seçkilər keçirməyə imkan verir. Sadəcə, vətəndaş və ya siyasi partiya olaraq, öz hüquqlarını bilmək və bundan maksimum yararlanmaq lazımdır. Bəli, Azərbaycan demokratik inkişaf yolunu seçən və bu yolda inamla irəliləyən bir dövlətdir. Biz sivil dünyanın mütərəqqi, cəmiyyətin yüksəlişinə xidmət edən, demokratik prinsiplərə söykənən inkişaf modellərini rəhbər tuturuq.


Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti sosial-hüquqi ədalətsizliklərdən və avtoritarizmin təzahürlərindən qoruyur. Göründüyü kimi, Azərbaycan Respublikasında mövcud qanunverici baza ən demokratik, azad şəffaf və plüralist əsaslarla istənilən səviyyədə (prezident, parlament, bələdiyyə) seçkilər keçirməyə imkan verir.


Prezident seçkilərindən sonra müstəqillik tariximizdə növbədənkənar parlament seçkiləri bütöv Azərbaycan ərazisində keçiriləcək. Artıq ölkəmizdə seçki prosesi müasir standartlara uyğunlaşdırılmış, ədalətli, şəffaf və demokratik seçkinin təminatı üçün şərait yaradılmışdır. Ümumiyyətlə, ölkəmizdə keçirilən seçkilər hər zaman şəffaf, ədalətli və azad şəkildə baş tutur. Demokratik dəyərlərə sadiqliyi ilə seçilən Azərbaycanda seçkilərin demokratik prinsiplər əsasında reallaşması üçün bütün şərait yaradılıb.


Azərbaycanda hər bir insan özünün seçib-seçilmək hüququnu reallaşdırmaq imkanına malikdir”.Həqiqətən də, Cənubi Qafqaz regionunun ən yüksək inkişaf dinamikasına malik, lider dövləti Azərbaycan, hər zaman demokratik prinsiplərə sədaqətini nümayiş etdirir və demokratiyanın əsas atributlarından sayılan seçkilərin nəticələri xalqın iradəsini özündə əks etdirir. Sabit vətəndaş cəmiyyətinin, mütərəqqi inkişafın əsasını təşkil edən seçki prosesinin şəffaflığının təmin edilməsi, azad seçkinin baş tutması hakimiyyətin bu yöndə siyasi iradəsinin göstəricisidir.


Demokratik seçkilərin keçirilməsi vətəndaşın öz seçiminə inamının, seçdiyi şəxsə etimadının ifadəsi olmaqla, həm də vətən, xalq qarşısında məsuliyyətinin göstəricisidir. Bu gün Azərbaycanda vətəndaşların seçki hüquqları yüksək səviyyədə təmin olunur. Eyni zamanda seçkilərin azad və sərbəst şəkildə həyata keçirilməsi üçün hər bir şərait mövcuddur. Bütün bunlar 2010-cu ilin parlament seçkilərinin yüksək səviyyədə təşkil olunacağını və keçiriləcəyini qətiyyətlə söyləməyə tam əsas verir. Azərbaycanda seçkilərin təşkili və keçirilməsi üzrə olduqca zəngin demokratik ənənə və böyük təcrübə mövcuddur. Bu baxımdan, qarşıdan gələn seçkilər respublikamızda demokratik dəyərlərin tam bərqərar olduğunu növbəti dəfə təsdiq edəcək


 


 


İSMAYIL ZALOV

ZALOV İMZATVALYANSTƏSİSÇİSİ

BEYNƏLXALQ HÜQUQ EKSPERTİ