Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

14 Mrt 17:17Dünya

Səfir: Qazaxıstanda sabitlik həm onun xalqı üçün, həm də ölkə hüdudlarından kənarda maraq doğurur

Qazaxıstan həmişə milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun, çoxlu sayda yerli və əcnəbi müşahidəçilərin iştirak etdiyi açıq, şəffaf, ədalətli seçkilərin tərəfdarı olduğunu göstərib. Qarşıdakı seçkilər ölkəmizin tarixində mühüm mərhələ olacaq.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bu fikirləri Qazaxıstan Majilisinə (Parlamentin aşağı palatasına) və məsləhətlərə (yerli inzibati orqanlara) martın 19-na təyin olunmuş seçkilərlə əlaqədar martın 14-də keçirilmiş brifinqdə söyləyib.

Diplomat Qazaxıstan Respublikasında dövlət başçısı Kasım-Jomart Tokayevin təşəbbüsü ilə dörd islahat paketinin reallaşması barədə jurnalistləri məlumatlandıraraq qeyd edib ki, bu islahatlar ölkənin dövlət-siyasi quruluşunun yeni, ədalətli modelinin formalaşmasına, dövlətin idarə olunmasında parlamentin və vətəndaşların rolunun möhkəmləndirilməsinə yönəlib. Səfir ölkə Konstitusiyasında dəyişikliklər, seçki sisteminin islahatı və seçkilərdə iştirak edən siyasi partiyaların fəaliyyəti məsələləri üzərində ətraflı dayanıb.

Onun sözlərinə görə, keçən il Qazaxıstanda aparılmış konstitusiya islahatları sayəsində siyasi partiyaların qeydiyyata alınması xeyli sadələşdirilib. Məsələn, siyasi partiyaların qeydiyyata alınması üçün onun üzvlərinin sayının aşağı həddi dörd dəfə azaldılaraq 20 mindən 5 minə endirilib. Regional partiya nümayəndəliklərinin sayına minimal tələb də azaldılaraq, 600-dən 200-ə endirilib. Nəticədə parlament seçkiləri ərəfəsində bir neçə yeni siyasi partiya qeydiyyata alınıb. Hazırda Qazaxıstanda qeydiyyatdan keçmiş 7 partiya var.

S.Abdıkarimov deyib: “Majilisə seçkilərdə ilk dəfə qarışıq (proporsional-majoritar) modeldən istifadə ediləcək, yəni, deputatların 70 faizi partiya siyahıları üzrə proporsional qaydada, 30 faizi isə birmandatlı dairələrdə majoritar prinsip əsasında seçiləcək. Respublika əhəmiyyətli rayonların və şəhərlərin məsləhətlərinə seçkilər də qarışıq sistem üzrə 50/50 nisbətində aparılacaq”.

Səfir brifinqdə iştirak edənlərə bildirib ki, bu seçkilər keçən il noyabrın 20-də Qazaxıstan Respublikasının Prezidentinin təşəbbüsü ilə başlanmış və bu il yanvarın 14-də Senata (Qazaxıstan Respublikasının yuxarı palatasına) seçkilərlə davam etmiş siyasi yeniləşmənin yekun mərhələsidir. O vurğulayıb ki, seçkilərin qaydalarına mühüm dəyişikliklər edilib: bütün bülletenlərdə “Bütün namizədlərin əleyhinə” qrafası əlavə olunub, partiyaların Majilisə seçilməsi üçün aşağı hədd 7 faizdən 5 faizə endirilib, deputat mandatlarının bölgüsündə qadınlar, gənclər və xüsusi ehtiyacları olan şəxslər üçün qanunvericiliklə 30 faizlik kvota müəyyən edilib.

Diplomat deyib: “Qazaxıstanda sabitlik həm onun xalqı üçün, həm də ölkə hüdudlarından kənarda maraq doğurur”.