Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
Harris “Fox News”dakı debatdan imtina etdi

Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris sentyabrın 4-ü “Fox News” telekanalının təşkilatçılığı ilə debat keçirməkdən imtina edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Respublikaçılar partiyasından namizəd Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşıb.
“Kamala Harris indicə bizi “Fox News” platformasında debatlarda iştirak etməyəcəyi ilə bağlı məlumatlandırdı”, - deyə Tramp qeyd edib.
O, bunun əvəzində həmin tarixdə “Fox News” telekanalında seçicilərin suallarını cavablandıracağını söyləyib.
Qeyd edək ki, D.Tramp K.Harrislə üç raund debat keçirmək niyyətində olduğunu açıqlayıb. Onun təklifinə əsasən, birinci raund sentyabrın 4-də “Fox News” telekanalında, ikincisi sentyabrın 10-u “ABC” telekanalında, üçüncüsü isə “NBC” telekanalında baş tutmalı idi. Harris hələ ki sentyabrın 10-da keçirilməsi planlaşdırılan debata razılıq verib.






















































