Xəbər Lenti
30-07-2026, 20:00
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
29-07-2026, 08:52
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
29 Ağu 12:20Manşet / Mədəniyyət
Bakının mərkəzində 3 velosipedçi rejissoru vurub qaçdı
Azərbaycanlı rejissor, Avropa Kino Akademiyasının üzvü Elvin Adıgözəli Bakının mərkəzində 3 velosipedçi vurub.
“Qafqazinfo” 1news.az-a istinadən xəbər verir ki, hadisə avqustun 25-də axşam saatlarında Ü.Hacıbəyli adına Musiqi Akademiyasının yaxınlığındakı avtobus dayanacağında baş verib.
Hadisə nəticəsində Elvinin qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.
E.Adıgözəl hadisəni törədənlərin təcili yardım çağırmaq əvəzinə oradan qaçdıqlarını bildirib. O, xəstəxanaya getmək üçün özü taksi çağırıb.
Xəstəxanada olarkən aktyor polisə zəng edərək ifadə verib.
Onun sözlərinə görə, hazırda Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, lakin hadisəni törədənlər hələ də müəyyən edilməyib.






















































