Menu
Xəbər Lenti
Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

26 Eyl 07:14Manşet / İdman

Dünya çempionu karyerasını bitirdi

dunya-cempionu-karyerasini-bitirdi

Fransalı müdafiəçi Rafael Varan 31 yaşında karyerasını bitirdiyini açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Varanın son klubu azad agent kimi keçdiyi İtaliya “Komo”su olub. Ulduz futbolçu açıqlamasında İtaliya təmsilçisində qalacağını və yaxın zamanda detallı məlumat verəcəyini bildirib. Onun komandanın texniki heyətinə qatılacağı gözlənilir.

Qeyd edək ki, o, debüt görüşündə ciddi zədə alıb və mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda keçirib. “Komo” futbolçunu A seriyasında mövsüm üçün iştirak ərizəsindən kənarlaşdırıb.

Xatırladaq ki, Varan “Real Madrid”, “Mançester Yunayted” və Fransa millisindəki çıxışları ilə tanınır. O, 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu, “Real Madrid”lə isə 4 dəfə Çempionlar Liqasının qalibi olub.