Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

23 Ekm 07:39Manşet / Cəmiyyət

Gümrah olmaq üçün bunları edin

gumrah-olmaq-ucun-bunlari-edin

Səhərləri yorğun oyanmağın və özünüzü gün ərzində həvəssiz, halsız hiss etməyin bir çox səbəbi ola bilər.  Bu səbəblər arasında yuxusuzluq, iş stresi və düzgün qidalanmamaq kimi hallar böyük rol oynayır.
“Qafqazinfo” özünüzü gümrah hiss etmək üçün bəzi tövsiyələri təqdim edir.
Sağlamlığımızın və enerji qaynağımızın ən vacib hissələrindən biri istehlak etdiyimiz qidalardır. Başqa sözlə, sağlam və balanslı qidalanma ilə enerji səviyyəmizi tarazlaya bilərik. Mütəxəssislərin fikrincə, günə fit və xoşbəxt başlamağın səhər yeməyi ilə əlaqəsi çoxdur. Enerjinizi qorumaq üçün səhər yeməyinizi mütləq edin.

Araşdırmalara görə, aktiv və mütəmadi olaraq idman edən insan orqanizmi adrenalin ifraz edərək bədəndə ağrı, yorğunluq, sıxıntı və stress kimi emosional vəziyyətlərin qarşısını alır. Özünüzü çox yormamaq şərti ilə gəzintilər və ya evdə edilə bilən sadə məşqlərlə başlaya bilərsiniz. Səhər oyandığınız zaman məşq rejimi və ya nahardan sonra qısa bir gəzinti enerjinizi yüksək saxlamağa kömək edəcək. Gün ərzində hətta fasilələrlə hərəkət etmək enerji səviyyənizi tarazlaşdırır.

Yuxu sağlamlığınız üçün düzgün qidalanma və idman qədər vacibdir. Digər fəaliyyətləriniz üçün yer açmaq üçün yuxunu kənara atmayın. Hər gecə yeddi saatdan az yatmaq yorğunluğun ən çox yayılmış səbəbidir.

Dehidrasiya (kifayət qədər su içməmək) yuxululuğun, yorğunluğun və əsəbiliyin artmasına səbəb ola bilər. Gün ərzində müntəzəm su istehlakı yorğunluğu azaldır və bədəninizi canlandırır.

Şəhər həyatının gərgin təlaşının içində bir müddət dayanıb dincəlmək və təmiz hava almaq yorğunluğunuzu atmaq üçün faydalı ola bilər. Çalışın qısa müddətlik də olsa, təbiətdə vaxt keçirin. Bu sizi bir müddət enerji ilə təmin edə bilər. Hər gün 40-45 dəqiqə gəzməklə enerjinizi saxlaya bilərsiniz.

Enerjinizi yüksək saxlamaq özünüzü fit, sağlam və yaxşı hiss etməyin açarıdır. Bütün bunları etdikdən sonra hələ də özünüzü yorğun, enerji çatışmazlığı və pis əhval-ruhiyyədə hiss edirsinizsə, həkimə müraciət edin. B12, dəmir, maqnezium çatışmazlığı və ya hər hansı sağlamlıq problemləri də yorğunluğa səbəb ola bilər.