“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
“Qarabağ gənclərinin karyera düşərgəsi” yekunlaşıb

Xezertv.indo xəbər verir ki, “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə gənclər arasında ekoturizmin inkişafına dəstək layihəsi olan “Qarabağ gənclərinin karyera düşərgəsi” yekunlaşıb.
4 gün ərzində Göygöl rayonunda keçirilən düşərgədə 25 Qarabağ gənci karyera ilə bağlı təlimlərdə iştirak edərək, nəzəri biliklər əldə edib.
Layihənin ilk günü gənclər müxtəlif tanışlıq oyunları oynadıqdan sonra “Komanda quruculuğu” və “Təhsilin formaları və karyerada rolu” adlı təlim sessiyalarında iştirak edib.
Nöcbəti gün “İşgüzar etika”, “İşgüzar mübahisələrin həlli və keyslərlə iş”, “Uğurlu təqdimat və kampaniya bacarıqları” adlı infosessiyalar təşkil olunub.
Üçüncü gün gənclər sahibkarlıqla bağlı ekskursiyada edib. Onlar ilk olaraq Göygöl Dövlət Qoruğuna, daha sonra Şəmkir Agroparkına yollanıblar. Bələdçi tərəfindən iştirakçılara Agroparkda meyvələrin necə və nə məqsədlə saxlanıldığı, orada olan cihazların iş prinsipi haqqında məlumatlar verilib. Ekskursiyanın sonunda gənclər arasında debat tipli müzakirələr aparılıb.
Sonuncu gün gənclər üçün Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının əməkdaşı ilə onlayn görüş təşkil edilərək, müxtəlif müzakirələr aparılıb. Daha sonra “Məşğulluğun növləri - Sahibkarlıq”, “Davamlılıq fəaliyyətlərinin müzakirəsi”, “Davamlılıq fəaliyyətlərinin təqdimatı” adlı təlim sessiyaları keçirilib.
Qeydi edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan layihənin həyata keçirilməsində məqsəd Qarabağ gənclərinin karyera planlaması, əmək bazarı, şəbəkələşmə, şəxsi və iş dəyərləri, məşğulluq və gənclər arasında icma quruculuğu üzrə maarifləndirmənin aparılmasından ibarətdir.























































