HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
“Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi yekunlaşıb

"Xezertv.info" xəbər veriri ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclərin iştirakı ilə Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən, Zəfər Gününə həsr olunmuş “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi uğurla yekunlaşıb.
Düşərgənin keçirilməsində əsas məqsəd Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun parlaq qələbəsi ilə reallaşan Böyük Qayıdışa, Qarabağda və Şərqi Zəngəzurda dirçəlişə töhfə vermək istəyən gənclər arasında şəbəkələşməni təmin etmək, onların işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, eyni zamanda, gənclərin ideyalarını bir araya gətirərək təşəbbüskarlıqlarını artırmaq, müxtəlif təlim və görüşlər vasitəsilə onların şəxsi inkişafına dəstək olmaq və asudə vaxtlarını səmərəli təşkil etmək olub.
4 gün davam düşərgədə 65 nəfər Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənc “Zəfər”, “Dəmir Yumruq”, “8 Noyabr”, “Xarıbülbül” və “Qayıdış” adlı komandaların tərkibində iştirak edib. Düşərgədə gənclər üçün Vətən müharibəsi qazilərinin iştirakı ilə görüşlər, Qarabağda və Şərqi Zəngəzurda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyəti haqqında infosessiyalar, tematik vorkşoplar, intellektual, şəbəkələşmə və komanda inkişafı oyunları, interaktiv təlimlər, eləcə də ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncəli fəaliyyətlər həyata keçirilib.
Düşərgənin son günündə iştirakçılar üçün Ağcabədi şəhərində yerləşən Qarabağ Atçılıq Kompleksinə ekskursiya təşkil edilib. Gənclər Qarabağ atları ilə yaxından tanış olub və kompleksin fəaliyyəti haqqında ətraflı məlumatlar əldə ediblər.
Gənclər tərəfindən böyük maraqla qarşılanan düşərgənin hər il keçirilməsi nəzərdə tutulur.































































