Xəbər Lenti
Dün, 11:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 18:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 11:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
10-11-2026, 08:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 15:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
9-11-2026, 07:51
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
8-11-2026, 12:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 11:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 11:00
Bakı şəhəri Sabunçu RPİ-nin rəisi polis polkovniki Cavid Vidadi oğlu Muradov: ZƏFƏR – AZƏRBAYCANIN TARİXƏ HƏKK ETDİYİ ƏBƏDİ QƏHRƏMANLIQ DASTANI!
Şuşada keçiriləcək III Yay Düşərgəsinə hazırlıqlar başladı
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Şuşa İli” çərçivəsində 2-8 avqust tarixlərində Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsinə hazırlıq işləri artıq başlayıb.
Düşərgənin proqramına Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.
Gənclər ilk növbədə tarixi zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, bu mühüm platforma ətrafında bir araya gələrək, Azərbaycanla bağlarını daha da möhkəmləndirəcək, ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək və yeni dostlar qazanmaq imkanları əldə edəcəklər.
Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilər. İştirak xərcləri (yol xərcləri, viza, yerləşmə, qidalanma və s.) tam şəkildə qarşılanacaq.
Düşərgədə iştirak etmək üçün gənclər 28 iyun 2022-ci il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilmiş onlayn anket formasını tam olaraq doldurub göndərməlidir. Seçim prosesi müraciətlərin qəbulu və videomüsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq.
I və II Yay düşərgələrinin iştirakçılarının III Yay Düşərgəsində iştirakı nəzərdə tutulmur. Yay Düşərgələrinin diaspor gəncləri arasında böyük maraqla qarşılanmasını nəzərə alaraq, düşərgədə iştirak etmək istəyənlərə aşağıdakı elektron poçt ünvanı vasitəsilə vaxtında müraciət etmək tövsiyə olunur:
E-mail: [email protected]
Əlavə suallar yaranacağı təqdirdə, aşağıdakı telefon nömrələri vasitəsilə əlaqə saxlamaq lazımdır:
Tel.: +994 12 493 10 54
Mob., WhatsApp: +99450 762 25 95
Xatırladaq ki, Diaspor Gənclərinin “Cümhuriyyətin 100 illiyi” adlı I Yay Düşərgəsi 2018-ci ildə Şəkidə, “Nəsimi-650” adlı II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.























































