Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
Yeni ildə sevdiklərimizə nə hədiyyə edək?
Yeni ilin ilk saatları sevdiklərimizlə daha çox vaxt keçirdiyimiz, xoşbəxt xatirələr topladığımız anlardır. Təbii ki, səmimi təbəssüm və “Yeni il” mesajı əvəzsizdir. Ancaq sevdiklərimizə unudulmaz bir hədiyyə verməyi də düşünürük.
Yeni il hədiyyəsi təklifləri axtarırsınızsa, məqaləyə göz atın...
“Qafqazinfo” Yeni ildə alına biləcək hədiyyələrlə bağlı bəzi məsləhətləri təqdim edir:
Yeni il hədiyyələrinizi seçərkən yaxınlarınızın maraqlarını və şəxsi zövqlərini nəzərə almaq vacibdir. Yeni il motivləri ilə bəzədilmiş sviterlər həm rəngli, həm də isti hədiyyə seçimidir. Xüsusilə əyləncəli xarakterə sahib olanlar üçün belə hədiyyələrə üstünlük verilir.
Qırmızı və ya yaşıl rəng şərflər, əlcəklər də faydalı seçim ola bilər. Zərli və parlaq geyimlər Yeni ili coşğu ilə qarşılayan sevdikləriniz üçün ideal hədiyyə variantları arasındadır.
Vaxtının çoxunu evdə keçirən yaxınlarınıza yumşaq və rahat pijama dəstləri və ya Yeni il ab-havalı ədyallarla sevindirə bilərsiniz.
Xüsusilə yeni il ərəfəsində kosmetika və makiyaj həvəskarları üçün xüsusi qutular hazırlanır. Bu tip hədiyyələrlə də sevdiklərinizə xoşbəxtlik bəxş edə bilərsiniz. Nəmləndirici krem, üz maskası və ya dəriyə qulluq üçün xüsusi dəstlər həm faydalı, həm də incə hədiyyə variantlarıdır.
Çərçivələr, stəkan dəstləri və ya əl işləməsi olan toxumalarla da sevdiklərinizin üzündə təbəssüm yarada bilərsiniz.
Rəsm çəkməyi sevən birinə boya dəsti, yemək bişirməyi sevən birinə mətbəx əşyası və ya əl işləri ilə maraqlanan birinə dəbli trikotaj dəsti verə bilərsiniz.
Kiçik hədiyyələri bir araya gətirərək xüsusi qutular yaratmaq da mümkündür. Şokolad, peçenye, tort, qəhvə və çay kimi ləzzətlərdən ibarət xüsusi qutular hazırlaya bilərsiniz. Sabun, losyon, duş geli kimi məhsulların yer aldığı dəstlərə nəzər salmaq olar.
Heyvansevər dostlarınız varsa, onların sevimli ev heyvanları üçün də bir çox variant var. Ev heyvanları üçün uyğun xüsusi hazırlanmış yeməklərə nəzər sala bilərsiniz. Sevimli paltarlar, yemək qabı və ya yumşaq oyuncaqlar əla hədiyyələr ola bilər.
Yeni ildə evlilik planları olan yaxınlarınız üçün ev hədiyyələrinə də nəzər sala bilərsiniz. Məsələn, büdcənizə uyğun ev əşyasına, evin künclərini bəzəyəcək şamlara, heykəllərə, qar kürələrinə və ya miniatür şam ağaclarına diqqət yetirin.
Yəqin ki, uşaqlar böyüklərdən daha çox hədiyyələr gözləyirlər. Balacalar üçün öyrədici oyuncaqlar, kiçik arxeoloqlar üçün dinozavr dəstləri, tapmacalar, leqolar və yaradıcı dəstlər uşaqların həm əylənməsinə, həm də öyrənməsinə imkan verəcək. Bundan əlavə, yaşa uyğun kitab seriyaları da onları xoşbəxt edə bilər.