Xəbər Lenti
8-01-2026, 09:29
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
6-01-2026, 11:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Bu il Azərbaycanda 43.5 dərəcə isti, 22 dərəcə şaxta qeydə alınıb

Bu il Bakıda və Abşeron yarımadasında maksimal temperatur 39 dərəcə (avqustun 5-i), bölgələr üzrə isə Hacıqabulda 43.5 dərəcə (iyulun 5-i) qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
N.Mahmudov deyib ki, cari il ərzində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında fevralın 28-də 3.4 dərəcə şaxta qeydə alınıb.
Xidmət rəisi əlavə edib ki, bölgələr üzrə isə Şahdağda dekabrın 14-ü 22 dərəcə şaxta müşahidə olunub.






















































