Xəbər Lenti
26-11-2026, 11:41
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
26-11-2026, 08:57
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
25-11-2026, 07:17
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
25-11-2026, 06:57
İranda saxta içkidən kütləvi zəhərlənmə - 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu
Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik

ABŞ-nin Nyu Orlean şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli terror aktını qətiyyətlə pisləyirik.
Qaynarinfo xəbər verir ki, bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin "X”dəki hesabındakı paylaşımda yer alıb.
"Düşüncələrimiz və dualarımız qurbanlar və ailələri ilədir. Terrorçuluğunbütün hərəkətlərini, üsullarını, tətbiqlərini bütün forma və təzahürləri lə qeyd-şərtsiz pisləyirik", - XİN-dən bildirilib.
Qeyd edək ki, Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində azı 15 nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb.























































