VƏTƏNPƏRVƏR İNSAN MEHMAN QƏHRƏMANOV: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ, AZƏRBAYCAN XALQININ AZADLIQ DASTANI VƏ DÖVLƏTÇİLİK TARİXİNİN ŞANLI SƏHİFƏSİ
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
ANAMA-dakı yoxlamaların detalları: Nəticələr parlamentə göndəriləcək

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Hesablama Palatası Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) yoxlama (nezaret tedbiri) aparıb.
Modern.az-ın sorğusuna cavab olaraq Palata yoxlama barədə bir sıra detalları açıqlayıb.
Açıqlamada bildirilir ki, Palata tərəfindən nəzarət tədbiri 2024-cü ilin iş planına əsasən həyata keçirilib.
Qeyd olunur ki, "Hesablama Palatası haqqında" qanuna əsasən audit prosesi davam edir.
"Nəzarət tədbirinin nəticələri barədə məlumatın təqdim edilməsi "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanunun 37-ci maddesinə uyğun olaraq tənzimlənir və kənar dövlər maliyyə nəzarəti tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair məlumatlar Azərbaycan Respublikası Milli Məclisinə göndərildikdən sonra, kollegiyanın müvafiq qərarına uyğun olaraq verilir", - qurumdan verilən açıqlamada deyilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci il 18 iyul tarixində yaradılıb. Prezident İlham Əliyevin 2021-ci il tarixli sərəncamı iləagentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb.
Agentliyin əsas vəzifəsi ölkə ərazilərinin mina və digər partlayıcı sursatlardan təmizlənməsi məqsədi ilə minatəmizləmə fəaliyyətlərinin təşkili və əlaqələndirilməsinin həyata keçirilməsidir.























































