Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
“Mahirə ehtiyacım var” - Kloze

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze futbolçusu və Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin son oyunda ehtiyatda qalması ilə bağlı açıqlama verib.
“Qafqazinfo” “Bild” nəşrinə istinadən xəbər verir ki, o, “Maqdeburq”la keçirilən oyundan sonra Mahirə ehtiyacı olduğunu deyib.
“Mahir üçün asan olmadı. Ona görə də bu gün onunla yenidən danışdım. Daim əlaqədəyik. Amma bu oyunçuya ehtiyacım var və mən bunu ona dəfələrlə demişəm. Mahir bəzən qərarların onun əleyhinə deyil, başqası üçün verildiyini başa düşməlidir. 50 beynəlxalq oyun keçirib. Ona görə bunun futbolçunu narahat etməsi normaldır”, - Kloze vurğulayıb.
Qeyd edək ki, dünəndən yerli və xarici mediada Mahirin “Nürnberq”dən ayrılması ilə bağlı xəbərlər yayılıb. Hətta “Bild” nəşri də onun karyerasını Cənubi Koreyada davam etdirəcəyi ilə bağlı yazıb.
Bununla yanaşı, Mahirin komanda ilə məşqləri dayandırdığı da bildirilib. Xəbərdə o da qeyd olunub ki, 2-ci Bundesliqanın son turunda “Maqdeburq”la oyunda (3:4) ehtiyatda qalması Emrelinin narazılığını daha da artırıb.























































