Xəbər Lenti
11-10-2026, 10:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
10-10-2026, 11:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 09:35
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
8-10-2026, 14:31
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
Bazarlarda yerli məhsullar niyə qıtlaşıb?

Bazarlarda həm bostan, həm də qoz-fındıq məhsulları qıtlaşıb. Söhbət yerli məhsullardan gedir.
Müxtəlif ölkələrdən idxal olunan məhsulların qiymətləri isə fərqlidir. Kimisi qoz ləpəsinin Qırğızıstandan, kimisi Ösbəkstan gətirldiyini deyir. Satıcılar iddia edir ki, son zamanlarda bazar əgər yerli məhsulların ümidinə qalsa qiymətlər həddən artıq baha olar.
Azərbaycana qabıqlı qoz və qoz ləpəsi Rusiya, Özbəkistan Qırğızıstan, Gürcüstan və Çindən gətirlir. Satıcılar deyir ki, Ukraynadan gətirlən eyni adlı məhsullar azalıb. Öyrəndik ki, bostan məhsullarınında sayılan badımcan da yerli bazara əsasən İran və Türkiyədən gətirilir.
Qiymətləri isə 2-4 manat arasında dəyişir.
Yerli məhsulun yetişdilməsi mürəkkəb olduğundan hazırda bu bostan məhsulu da xaricdən idxal olunur. Satıcılar deyir ki, yerli badımcan bazarlarda idxal badımcandan daha ucuz satılır.
İqtisaddçı Xalid Kərimli "Xəzər Xəbər"ə müsahibəsində qeyd edib ki, ölkənin ərzaq balansında bostan məhsulları ilə özünü təminat məsələsi 103 faizin üzərindədir. Qoz -fındıq məhsulları ilə təminat isə 140 faizdən çoxdur:
Ekspert qeyd edib ki, qiymət balansının formalaşmasında xarcdən gətirilən məhsulların böyük əhəmiyyəti var, əks halda qiymətlərdə artım qaçılmaz olar.






















































