Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Prezident Yoxan Eliaşı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı qəbul edib.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı Azərbaycanda qış idman növləri üzrə beynəlxalq yarışların keçirilməsi üçün müasir qış-xizək mərkəzlərinin yaradıldığını bildirərək, bu cür yarışların təşkil olunmasının ölkəmizin qış turizm potensialı ilə yanaşı, ümumilikdə turizm imkanlarının təbliğində rolunu vurğulayıb.
Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman yarışlarına uğurla ev sahibliyi etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin bu sahədə müasir infrastruktur baxımından geniş imkanlarının, eləcə də böyük təcrübəsinin olduğunu deyib.
Yoxan Eliaş rəhbərlik etdiyi Federasiyanın ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğuladı. Qonaq Azərbaycanda beynəlxalq xizək yarışlarının keçirilməsi perspektivlərindən danışıb.
Görüşdə gələcək əməkdaşlıq, həmçinin Beynəlxalq Xizək və Snoubord Federasiyası ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın qış turizm imkanlarının və "Şahdağ” Turizm Mərkəzinin dünya səviyyəsində daha da tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.























































