Menu
Xəbər Lenti
“Azeri Light” bahalaşdı
18-07-2025, 09:19

“Azeri Light” bahalaşdı

Liderlər Füzulidədir
17-07-2025, 09:22

Liderlər Füzulidədir

Neftimiz ucuzlaşdı
17-07-2025, 08:46

Neftimiz ucuzlaşdı

Pınar Kür vəfat etdi
16-07-2025, 09:59

Pınar Kür vəfat etdi

Bu yollarda sıxlıq var
15-07-2025, 09:59

Bu yollarda sıxlıq var

19 Nis 09:25Manşet / İdman

Fransa - Azərbaycan matçı bu stadionda keçiriləcək

fransa-azerbaycan-matci-bu-stadionda-kecirilecek

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin səfərdə Fransa ilə qarşılaşacağı stadion müəyyənləşib.

“Qafqazinfo” “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclasında məlumat verilib.

Bildirilib ki, matç Parisdəki “Park De Prens” stadionunda təşkil olunacaq.

Həmçinin Fransa millisi qrupun digər ev oyunlarında İslandiya (9 sentyabr) və Ukraynanı (13 noyabr) da sözügedən arenada qəbul edəcək. 48 minə yaxın azarkeş qəbul edən bu stadionda PSJ klubu ev oyunlarını keçirir.

O da qeyd olunub ki, oyunlarla bağlı “Stad de Frans” stadionu ilə razılığa gələ bilməyiblər.

Xatırladaq ki, Azərbaycan millisi Fransa ilə oktyabrın 10-da səfərdə, noyabrın 16-da isə Bakıda qarşılaşacaq.