Menu
Xəbər Lenti
Bu gün Pasxa bayramıdır
20-04-2025, 09:16

Bu gün Pasxa bayramıdır

2 yaşlı uşaq evdə öldü
19-04-2025, 09:42

2 yaşlı uşaq evdə öldü

Tramp tarixə düşdü
19-04-2025, 09:29

Tramp tarixə düşdü

Allah rəhmət eləsin!
17-04-2025, 18:07

Allah rəhmət eləsin!

Naxçıvanda daha bir təyinat
17-04-2025, 17:04

Naxçıvanda daha bir təyinat

19 Nis 13:51Manşet / Gündəm / Sosial

"Ən böyük vəzifə İNSAN olmaqdır!" » İdman » "Rinqdəki uğurumun arxasında müəllimlərimin əməyi dayanır" – Riad Abdullayevlə müsahibə

"Ən böyük vəzifə İNSAN olmaqdır!" » İdman » "Rinqdəki uğurumun arxasında müəllimlərimin əməyi dayanır" – Riad Abdullayevlə müsahibə

Misirin Qahirə şəhərində keçirilən peşəkar "Fight Night" boks gecəsində Azərbaycan bayrağı bir daha ucaldı. Peşəkar boksun parlayan ulduzlarından biri olan Riad Abdullayev 6 roundluq döyüşün daha ilk raundunda rəqibini nokautla məğlub edərək dünya peşəkar boks reytinqinə 3-cü qələbəsini yazdırdı.
Qeyd edək ki, həmin yarışda ilk olaraq rinqə Riadın promoteri, tanınmış boksçu və dünya, Asiya titullarının sahibi Taryel Cəfərov çıxmış və Hindistanlı rəqibini möhtəşəm nokautla məğlub edərək özünün 36-cı peşəkar qələbəsini qazanmışdı. Ardınca isə Riad rinqə çıxaraq müəllimini layiqincə təmsil etdi.
Döyüşdən sonra Riadla söhbətləşmək fürsətimiz oldu:
– Riad, ilk raundda bu qədər tez qələbə qazanmaq gözlənilirdimi?
– Açığı, hazırlıqlı idim. Rəqibin boşluqlarını gördüm və fürsəti əldən vermədim. Amma bu qələbə təkcə mənim yox, arxamda dayanan insanların – müəllimlərimin zəhmətinin bəhrəsidir.
– Kimlərdən danışırsınız?
– Əvvəlcə, əsas müəllimim Emil Vəzirovun adını çəkməliyəm. Mənə boksun əlifbasını öyrədən, rinqdə ilk addımlarımı atan odur. O, Qladitor Fight Club-un baş məşqçisidir və mənim bu səviyyəyə çatmağımda onun zəhməti danılmazdır. Emil müəllimin yanımda rolu daim qalacaq.
Amma məni dünya arenasına çıxaran, beynəlxalq döyüşlərə hazırlayan, promoterim kimi mənə böyük fürsətlər yaradan şəxs isə Taryel Cəfərovdur. Onun dəstəyi olmasaydı, bu gün burada bu zəfəri qazanmaq da mümkün olmazdı.
– Müəlliminiz Taryel Cəfərov döyüşə sizdən əvvəl çıxdı və möhtəşəm nokautla qələbə qazandı. Bu sizə necə təsir etdi?
– Mənim üçün çox motivasiyaedici oldu. Taryel müəllim bu döyüşlə bir daha göstərdi ki, özü də hələ də formadadır və sözün əsl mənasında əfsanədir. Onun döyüşü mənə əlavə güc verdi. Mən rinqə onun arxasınca çıxmaqdan qürur duydum.
– Uğurlarınızın davamlı olması üçün nə vacibdir?
– Daim öyrənmək, çalışmaq və ustadlara qulaq asmaq. Emil müəllim mənə təməl verdi, Taryel müəllim isə o təməlin üzərində beynəlxalq səviyyədə yol açdı. Onların hər ikisinin rolu həyatımda əvəzsizdir. Mən hər rinqə çıxdıqda onların səsi, fikri, təcrübəsi yanımda olur.
– Gələcək planlarınız nələrdir?
– Hədəfim WBC dünya çempionluğudur. Amma bu yolda ilk addımlardır. Bu gün qazandığım hər qələbə sabaha aparan pillədir. Emil Vəzirovun mənə öyrətdiyi nizam-intizam və Taryel Cəfərovun beynəlxalq təcrübəsi ilə bu yolda irəliləyəcəyimə inanıram.
-Son olaraq nələri demək istərdiniz?
-Bu gün Azərbaycan boksunun dünyada söz sahibi olmasında Taryel Cəfərov kimi əfsanələrin rolu danılmazdır. Mən istərdim ki, dövlət və federasiya bu cür təcrübəli idmançılara, gəncləri yetişdirən insanlara daha çox dəyər versin. Mənim yolum onun yolunun davamıdır. Bu gün rinqdə qazandığım hər qələbədə onun izləri var.
Qeyd: Riad Abdullayevin peşəkar boksdakı uğur yolunda iki böyük şəxsiyyətin – Emil Vəzirov və Taryel Cəfərovun imzası var. Emil Vəzirov Qladitor Fight Club-un baş məşqçisi kimi Riadın ilk müəllimi olub, ona rinqi sevdirib və peşəkar düşüncənin təməlini atıb. Taryel Cəfərov isə promoter olaraq onu dünya arenasına çıxarıb, beynəlxalq döyüşlərə hazırlayıb və bu gün onun arxasında duran əsas güclərdən biri olaraq qalır.
Qahirədə keçirilən "Fight Night" gecəsində ilk olaraq rinqə çıxan Taryel Cəfərov Hindistanlı rəqibini nokautla məğlub edərək özünün 36-cı qələbəsini qazandı. Ardınca isə onun yetirməsi Riad Abdullayev ilk raundda nokautla rəqibini məğlub etdi və azərbaycanlı azarkeşlərə ikiqat sevinc yaşatdı.

Fərid Əmiraslanov
"AYMEDİACOMPANY.AZ" Mədəniyyət işləri üzrə direktor müavini