TƏBRİK EDİRİK: Ramin Abasovun Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunması münasibətilə...
Nazim Eynallı: Şamaxı-Çuxuryurd-Nağaraxana avtomobil yolunun 18-ci kilometrliyində cari təmir işləri davam etdirilir.
DDLA nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının 83-cü sessiyasında ölkəmizi təmsil etdi
"Venesiya" şadlıq sarayındakı toyda zəhərlənən müğənni danışdı: "Ölümdən qayıtdım"
Səhərlər limonlu su içsəniz...
Limon tərkibindəki C vitamini sayəsində güclü antioksidant mənbəyidir.
“Qafqazinfo” xəbər verir ki, limon qədər limonlu suyunun da insan orqanizminə bir sıra faydaları var.
Limonlu su həzmə kömək edir. Eləcə də böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Bundan əlavə limonda olan turşular kiçik böyrək daşlarını parçalanmasında rol oynayır.
Limonlu su yüksək miqdarda C vitamini ehtiva edir. C vitamini də antioksidan xüsusiyyətlərə malikdir.
Sağlam bədən hüceyrələrini sərbəst radikalların zərərindən qorumağa kömək edir.
Limonlu su mmuniteti dəstəkləyir, soyuqdəymə və tənəffüs yollarının infeksiyalarının müalicəsində faydalıdır.
Dəmirin udulmasını artıraraq anemiyanın qarşısını alır. Kollagen sintezini dəstəklədiyi üçün dəri sağlamlığı üçün faydalıdır.
Bədəndən toksinləri və ödəmi çıxarmağa kömək edir. Daimi istehlak edildikdə arıqlamağa yardımçı olur.
Səhərlər ac qarına limonlu su içmək günə daha enerjili başlamağa kömək edir. Belə ki, həzm sistemini dəstəkləyir və qəbizliyin qarşısını almaqda faydalıdır.
Yeməkdən əvvəl və ya səhərlər limonlu su içmək ağızdakı bakteriyaları parçalayaraq diş sağlamlığına töhfə verir.
Lakin mədə narahatlığı olanlar diqqətli olmalıdır. Limon və ya limon suyu boş mədəyə istehlak edildikdə mədə narahatlığına səbəb ola bilər.
Gecə yatmazdan əvvəl bir stəkan limonlu su içmək infarkt riskini xeyli azaldır.