“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
Sumqayıt şəhər İcra hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi Lalə Hacıyeva: “18 oktyabr – qürur və azadlıq günümüzdür!”
“Rüdiger dəli olmuşdu” - Lotar Mateus
Almaniya yığmasının əfsanəsi Lotar Mateus “Real”ın “Barselona”ya uduzduğu (2:3) İspaniya Kubokunun finalında Madrid klubunun alman müdafiəçisi Antonio Rüdigerin davranışını tənqid edib.
“Qafqazinfo” bu barədə “Diario AS” nəşrinə istinadən xəbər verir.
“O, dəli olmuşdu və artıq özünü idarə edə bilmirdi. O, Almaniya millisinin oyunçusudur və nümunəvi olmalıdır. Matç zamanı bütün bunları unudur. Dörd həftəlik diskvalifikasiya cəzası alsa, özünü şanslı hesab etməlidir. Çünki böyük ölçüdə cəza gözləyirəm”, - Mateus bildirib.
Qeyd edək ki, İspaniya Kubokunun finalında ikinci hissəyə əlavə olunmuş dəqiqədə baş hakim Kilian Mbappenin ötürməsi zamanı “Real”ın hücumunu dayandırıb. Antonio Rüdiger ehtiyat oyunçular skamyasından hakimə doğru buz torbası atıb. Bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alan futbolçu hakimi təhqir edib.