Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Tramp İranı hədələdi, Mərkəzi Komandanlıq dəhşətli silahın GÖRÜNTÜLƏRİNİ yaydı - VİDEO
Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...
“Xəbər tutdum ki, belə bir hadisə olub, dərhal nazirə zəng etdim” - Müctəba Dərmiçilu
Məhəmməd Mirzəlinin ibtidai istintaqı bitdi

Xaricdə yaşayan bloqer Məhəmməd Mirzəlinin cinayət işi üzrə ibtidai istintaq bitib.
“Qafqazinfo”nun məlumatına görə, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən M.Mirzəli haqda qiyabi icraat başlanılıb.
M.Mirzəli 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməkdə təqsirləndirilir.
Aparılan qiyabi icraat üzrə yekun ittihamlar elan edilib, iyunun 20-də ibtidai istintaq başa çatıb. M.Mirzəliyə və onun vəkilinə cinayət işinin materialları ilə tanış olmaq üçün 2025-ci il iyunun 23-dən etibarən vaxt məhdudiyyəti qoyulmadan şərait yaradılacaq.
M.Mirzəliyə izah edilir ki, istintaqa gəlmədiyi halda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilə bilər. Belə olan halda onun haqda qiyabi hökm və ya digər yekun məhkəmə qərarı çıxarılması mümkündür.
Daha əvcəl ölkə hüdudlarından kənarda qaçıb gizlənən təqsirləndirilən şəxsə vəkil təyin edilib, prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sail Ağasəlim






















































