Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Bank Respublika” jurnalistlər üçün press-tur təşkil edib

Azərbaycan Milli Mətbuatının təməl daşı sayılan “Əkinçi” qəzetinin nəşrindən bu gün 150 il ötür. Ənənəyə sadiq qalan Bank Respublika, bu əlamətdar gün münasibətilə ölkənin tanınmış media nümayəndələri üçün növbəti press-tur təşkil edib. Səfər çərçivəsində jurnalistlər Şamaxı və Göyçay rayonlarında olublar.
Press-tur Azərbaycan mətbuatının təməlini qoymuş görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin məzarının ziyarəti ilə başlayıb. Jurnalistlər böyük maarifçinin məzarı önünə gül dəstələri qoyaraq onun xatirəsinə ehtiramlarını bildiriblər.
İki gün davam edən press-tur çərçivəsində media nümayəndələri əvvəlcə Bank Respublikanın maliyyə dəstəyi ilə “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda yaradılmış sosial müəssisəyə baş çəkiblər. Jurnalistlər burada fəaliyyət göstərən qadınların iş şəraiti ilə yaxından tanış olub, onların təşəbbüslərini dəstəkləyiblər.
Səfərin növbəti dayanacağı Göyçay rayonu olub. Burada iştirakçılar Bank Respublikanın uzunmüddətli dəstək göstərdiyi yerli biznes təsərrüfatlarından biri olan meyvə bağlarını ziyarət ediblər. Onlara təsərrüfatda yetişdirilən meyvələrin yığımı, çeşidlənməsi və qablaşdırılması prosesi ətraflı şəkildə təqdim olunub.
Press-tur çərçivəsində media nümayəndləri üçün asudə vaxtlarının daha maraqlı keçməsi məqsədilə Şamaxı Safari Park və Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyalar da təşkil olunub.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: Facebook | Instagram | LinkedIn | Telegram
Çağrı Mərkəzi: 144

























































