Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi

ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində bankın Yasamal filialında da yenilənmə aparılıb. Yasamal filialı artıq özünün əvvəlki ünvanında – Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 14-də müştərilərin xidmətindədir.
Filialın binası ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılıb. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb. Ən mühüm yeniliklərdən biri filial ofisində özünəxidmət rəqəmsal zonasının təşkilidir. Müştəri bu zonaya daxil olub bank əməkdaşının dəstəyinə ehtiyac qalmadan lazımi xidmətlərdən istifadə edə bilər.
ABB-nin Yasamal filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalanmaq mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar






















































