Menu
Xəbər Lenti
2025-ci ilin sözü bu oldu
2-12-2025, 05:15

2025-ci ilin sözü bu oldu

Millimiz Bakıda uduzdu
1-12-2025, 04:52

Millimiz Bakıda uduzdu

Vasif İmanova ağır itki
30-11-2025, 09:38

Vasif İmanova ağır itki

29 Eyl 05:56Manşet / İdman

Azərbaycanın stolüstü tennisçiləri gümüş medal qazanıblar - III MDB Oyunları

azerbaycanin-stolustu-tenniscileri-gumus-medal-qazaniblar

Stolüstü tennişçilər Onur Quluzadə ilə Adil Əhmədzadə bu gün III MDB Oyunlarının qoşa yarışlarının final matçına çıxıblar.

“Qafqazinfo” xəbər verir ki, həlledici görüşdə rusiyalı Yevgeni Vasikov - Yevgeni Dosov cütü ilə qarşılaşan idmançılarımız 0-3 hesabı ilə uduzaraq gümüş mükafata layiq görülüblər.

Qarışıq-qoşa yarışlarda bacarığını göstərən Onur Quluzadə-Mərziyyə Nurmətova cütü və qoşa yarışlarda mübarizə aparan Aylin Əsgərova-Yağmur Məmmədli tandemi üçuncü yeri tutub.

Qeyd edək ki, bu, stolüstü tennisçilərin III MDB Oyunlarında qazandıqları 6-cı mükafatdır. Bunadək, qızlardan və oğlanlardan ibarət kollektivlər komanda yarışlarında ikinci yeri tutub. Yağmur Məmmədli isə 14 yaşlılar arasında bürünc medal qazanıb. Sabah 3 idmançımız - Adil Əhmədzadə, Onur Quluzadə və Mərziyyə Nurmətova şəxsi yarışların final görüşunə çıxacaq.