Xəbər Lenti
Bugün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
8-01-2026, 09:29
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
6-01-2026, 11:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Cüdoçularımız Avropa Kubokunda 9 medal qazandı

Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində keçirilən gənclər arasında Avropa Kubokunu 9 medalla başa vurublar.
“Qafqazinfo” xəbər verir ki, yarışın ikinci - sonuncu günündə milli komandamızın 4 üzvü fəxri kürsüyə yüksəlib.
90 kq çəki dərəcəsi Azərbaycan finalı ilə əlamətdar olub. Tuncay Şamil qızıl, Aslan Kotsoyev gümüş medala yiyələnib.81 kq çəki dərəcəsində Süleyman Şükürov, +100 kq çəkidə isə Ramazan Əhmədov bürünc medallara sahib çıxıblar.
Xatırladaq ki, ilk yarış günündə Nihad Məmişov (60 kq), Məhəmməd Musayev (66 kq), Əbil Yusubov (73 kq) gümüş medala, Nizami İmranov (66 kq) və Mehdi Cəfərov (73 kq) isə bürünc medala yiyələnib.
Beləliklə, 1 qızıl, 4 gümüş və 4 bürünc medal qazanan yığmamız 34 ölkə arasında medalların əyarına görə kişilərin mübarizəsində birinci, ümumi komanda hesabında isə üçüncü yeri tutub.























































