Menu
Xəbər Lenti
2025-ci ilin sözü bu oldu
2-12-2025, 05:15

2025-ci ilin sözü bu oldu

Millimiz Bakıda uduzdu
1-12-2025, 04:52

Millimiz Bakıda uduzdu

Vasif İmanova ağır itki
30-11-2025, 09:38

Vasif İmanova ağır itki

10 Ekm 05:45Manşet / İdman

Vinisiusun evi yandı

vinisiusun-evi-yandi

“Real Madrid” və Braziliya millisinin hücumçusu Vinisius Juniorun evində yanğın baş verib.

“Qafqazinfo” MARCA-ya istinadla xəbər verir ki, yanğın futbolçunun evindəki saunada elektrik naqillərində yaranan nasazlıq səbəbindən başlayıb.

Belə ki, alov evin zirzəmisindəki saunanı tamamilə məhv edib, tüstü isə ikinci mərtəbəyə qədər yayılıb. Hadisə zamanı xəsarət alan olmayıb. Məlumata görə, yanğın baş verən vaxt Vinisius Braziliya millisinin düşərgəsində olub və komanda ilə birlikdə oktyabrın 10-da Cənubi Koreyaya, oktyabrın 14-də isə Yaponiyaya qarşı keçiriləcək yoldaşlıq oyunlarına hazırlaşırmış.

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm “Real”ın heyətində 8 oyuna çıxıb, 5 qol vurub və 4 qol ötürməsi edib.