Xəbər Lenti
Bugün, 12:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Dün, 11:10
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
16 Ara 05:01Manşet / Şou-biznes
Beyaz ekranlara qayıdır

Uzun illər Türkiyədə “Beyaz Show” ilə geniş auditoriya toplayan tanınmış teleaparıcı Beyazıt Öztürk bu dəfə fərqli proqram ilə ekranlara qayıdıb.
“Qafqazinfo” xəbər verir ki, yeni layihə ilə bağlı rəsmi elan “Kanal D”nin sosial şəbəkə hesabları vasitəsilə edilib.
Məlumata görə, B.Öztürkün aparacağı verilişin adı “Joker” olacaq. Yarışma formatı üzərində qurulan proqramın eyni zamanda “Beyaz Show”a da bənzəyəcəyi bildirilib.
Qeyd edək ki, yarışmanın çəkilişlərinə bu ayın sonunda başlanılacaq.























































