Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Sabirabadda kafeni pritona çevirən qadın sahibkara hökm oxundu

Sabirabadda əxlaqsızlıq yuvası təşkil edən qadın saxlanılıb.
Oxu.Az Lent.az-a istinadən bildirir ki, hadisə rayonun Şəhriyar kəndində baş verib.
61 yaşlı Leyla Məhərrəmova (ad və soyad şərtidir - red.) kənd ərazisində icarəyə götürdüyü kafenin arxa otağını çarpayı və yataq dəsti ilə təchiz edib. Kafedə ofisiant kimi işə götürdüyü qadına isə müştəri qismində gələn kişilərlə cinsi əlaqədə olmağı təklif edib. İşçi onunla razılaşıb və kafeyə gələn bir neçə kişi ilə cinsi əlaqədə olub.
Zərərçəkən qismində tanınan işçinin sözlərinə görə, müştəriləri Leyla özü tapıb. Ofisiantı həmin kişilərlə 20, 40 manat pul qarşılığında görüşdürüb.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları cinayətdən xəbər tutaraq, əxlaqsızlıq yuvasına çevrilən kafedə əməliyyat keçiriblər. Polis əməkdaşları zərərçəkəni bir kişi ilə cinsi əlaqədə olduqları halda aşkar ediblər.
Kafenin icarədarı - obyekti əxlaqsızlıq yuvasına çevirən Leyla Məhərrəmova saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. O, fahişəliyə cəlbetmə və fahişəlik üçün əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinib.
Sabirabad rayon Məhkəməsinin hökmü ilə o, 464 saat ictimai işlər görmək cəzasına məhkum edilib.























































