HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Ehtiyat hərbi xidmət üçün yaş həddini 67-yə qaldırdılar

Belçikada ehtiyat hərbi xidmət üçün yaş həddi 51-dən 67-yə qaldırılıb. Qərar Belçika Parlamentinin Müdafiə Komitəsində qəbul edilib.
“Qafqazinfo” xəbər verir ki, yeni tənzimləməyə əsasən, ehtiyat hərbi qulluqçular üçün maksimum yaş həddi 67 olaraq müəyyən edilib.
Qərar 2030-cu ildən qüvvəyə minəcək qanuni təqaüd yaşı ilə uyğunlaşdırılıb.
Mövcud qanunvericiliyə əsasən, könüllü ehtiyat hərbi namizədlər 34 yaşdan, ehtiyat zabit namizədlər isə 51 yaşdan yuxarı olmamalıdır. Rəsmilər bildiriblər ki, hazırkı yaş məhdudiyyətləri sistemə yeni namizədlərin cəlb olunmasını çətinləşdirir.
Belçikanın müdafiə naziri Teo Franken qərarı alqışlayıb:
“Mövcud təhlükəsizlik mühitində güclü ehtiyat qüvvəsi lüks deyil, zərurətdir. Ehtiyat əsgərləri həm ölkə ərazisinin qorunmasında, həm də aktiv qüvvələrin dəstəklənməsində mühüm rol oynayırlar”.
Franken qeyd edib ki, yeni qayda motivasiyalı və bacarıqlı şəxslərin daha uzun müddət ölkənin təhlükəsizliyinə töhfə verməsinə imkan yaradacaq.
Nazir daha əvvəl 149 min 17 yaşlı gəncə məktub göndərərək onları könüllü hərbi xidmətə qoşulmağa çağırmışdı.























































