Xəbər Lenti
11-10-2026, 10:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
10-10-2026, 11:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 09:35
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
8-10-2026, 14:31
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
Birləşdiriləcək qurumların rəhbərləri kimlərdir? - Sabiq deputatın oğlu da var...
Azərbaycanda üç qurumun - Fövqəladə Hallar Nazirliyi, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi nəzdində fəaliyyət göstərən istintaq idarələri birləşdirilməsi planlaşdırılır.
Qaynarinfo-u birləşdiriləcək idarələrinin rəhbərləri barədə məlumat təqdim edir.
FHN-də sözügedən idarəyə polkovnik Turqut Hacı oğlu Salayev rəhbərlik edir. O, sabiq deputat və biznesmen Hacı Salayevin oğlu, FHN Akademiyasının rəisi general Baba Salayevin qardaşı oğludur.
2022-ci ilin dekabr ayında nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Turqut Salayev FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi təyin edilib.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi polkovnik Ülvi Zülfüqarovdur. 2001-ci ildə Prezident Administrasiyasının binasında Ulu öndər Heydər Əliyevin yüksək bal toplayan tələbələrlə görüş olub. Həmin görüşdü Ülvi Zülfüqarov da iştirak edib. Heydər Əliyev həmin vaxt ona təqaüd ayırmışdı. Ülvi Zülfüqarov 2009-cu ildən gömrük orqanlarında xidmətə başlayıb.
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi Quliyev Kənan Adil oğludur. Sözügedən idarənin tabeçiliyində fəaliyyət göstərən İstintaq və təhqiqat idarəsinin rəisi isə Abbasov Rəsul Elçin oğludur.
Qeyd edək ki, əsasən büdcənin maliyyə siyasətini həyata keçirən qurumların istintaq strukturlarının birləşdirilərək xarici təcrübədə olduğu kimi vahid istintaq idarəsinin yaradılacağı gözlənilir. Yeni qurumun Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin nəzdində fəaliyyət göstərməsi nəzərdə tutulur.






















































