Menu
Xəbər Lenti
Serenay Türkiyəni tərk edir
15-05-2026, 06:15

Serenay Türkiyəni tərk edir

Tramp Çinə gedir
13-05-2026, 06:48

Tramp Çinə gedir

14 yolda tıxac var - Siyahı
12-05-2026, 06:32

14 yolda tıxac var - Siyahı

17 May 09:57Manşet / Siyasət

“Bu forumda Afrikanın səsini çatdırmaq niyyətindəyik” - Konqolu nazir

bu-forumda-afrikanin-sesini-catdirmaq-niyyetindeyik

“Bu forumda Afrikanın səsini çatdırmaq niyyətindəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu WUF13 çərçivəsində jurnalistlərə açıqlama verən Konqo Demokratik Respublikasının şəhərsalma və mənzil tikintisi üzrə dövlət naziri Aleksis Muvuni deyib.

Onun sözlərinə görə, Bakıya gəldikdə ilk müsbət təəssüratı həm iqtisadi transformasiya, həm də şəhərsalma sahəsində inkişafı görmək olub:

“Düşünürəm ki, Bakıdakı modeldən çox şey öyrənə bilərik. Biz buraya urbanizasiya sahəsində inkişafa nail olmuş başqa ölkələrin təcrübəsindən öyrənməyə gəlmişik. Forumdan gözləntilərimiz həm Konqo barədə danışmaq, eyni zamanda investorlar cəlb etməkdir”.

Günel İbrahimova