Menu
Xəbər Lenti
10 Şub 05:18Manşet / Dünya

Konqoda mədəndə torpaq sürüşməsi - Azı 11 nəfər həlak oldu

konqoda-medende-torpaq-surusmesi

Demokratik Konqo Respublikasının (DKR) cənubunda yerləşən mis və kobalt şaxtasında baş verən torpaq sürüşməsi nəticəsində azı 11 nəfər həlak olub.

“Qafqazinfo” “Actualite”yə istinadla xəbər verir ki, hadisə Lualaba vilayəti ərazisində, qeyri-qanuni hasilat aparılan mədəndə qeydə alınıb.

İlkin məlumata görə, bölgədə bir neçə gündür davam edən şiddətli yağışlar torpaq qatının yumşalmasına və nəticədə sürüşməyə səbəb olub.

Faciə nəticəsində 11 nəfərin cəsədi torpaq altından çıxarılıb, daha 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Şaxtada axtarış-xilasetmə işləri davam etdirilir, ölənlərin sayının artacağı istisna olunmur.