Xəbər Lenti
6-09-2026, 09:04
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
5-09-2026, 19:24
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
5-09-2026, 18:45
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
5-09-2026, 16:12
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Məşhur tennisçi rus rəqibi üzərində qələbədən sonra Kiyevə hücuma görə ağladı
Ukraynalı tennisçi Marta Kostyuk Fransa Açıq Çempionatının ilk mərhələsində qələbə qazandıqdan sonra göz yaşlarına hakim ola bilməyib və bildirib ki, Rusiya raketi az qala valideynlərinin yaşadığı binaya düşəcəkdi.
Qaynarinfo "The Telegraph"a istinadən xəbər verir ki, Kostyuk mətbuat konfransında telefonunda dağıntıların fotosunu və tüstü ilə alov içində qalan yaşayış kompleksinin yaxınlığında yerləşən valideynlərinin evini göstərib.
"Bu səhərboyu bir fikirdən ürəyim bulanırdı: Əgər raket 100 metr daha yaxın düşsəydi, yəqin ki, bu gün anam və bacım həyatda olmazdı", deyə Kostyuk bildirib.
Tennisçi qeyd edib ki, belə bir hadisəni qısa müddətdə dərk edib korta çıxmaq onun üçün çox çətin olub:
"Çox çətin idi. Buna baxmayaraq, ilk oyunu keçirdiyim üçün çox şadam, çünki əgər günün son matçını oynasaydım, hər şeyin necə olacağını bilmirəm. Bu asan deyil, amma mən özümlə fəxr edirəm ki, toparlana bildim və ikinci mərhələyə yüksəldim".
Nəşr yazır ki, Kostyukun Rusiyada doğulmuş Oksana Selehmetevaya qarşı 6:2, 6:3 hesablı qələbəsi boyunca fikirləri daim Kiyevdə ailəsinin başına gələ biləcək faciəyə yənəlib.

Qeyd edək ki, mayın 24-nə keçən gecə Rusiya Ukraynaya qarşı 90 raket və 600 pilotsuz uçuş aparatı istifadə edib. Hücum zamanı 1 orta mənzilli ballistik raket, 2 "Kinjal” aerobalistik raketi, 3 "Sirkon” gəmi əleyhinə raketi, 30 "İskəndər-M/S-400” ballistik raketi və 54 "X-101/İskəndər-K/Kalibr” qanadlı raketi buraxılıb. Hadisə nəticəsində yaralananların sayı 78 nəfərə çatıb, 2 nəfər həlak olub. Təxminən 30 yaşayış binası zədələnib və ya dağıdılıb.
Aydın






















































