Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
“Bu, Ukrayna üçün çox çətin olacaq” - Zelenski
“ABŞ-də keçiriləcək prezident seçkilərindən sonra Vaşinqton Kiyevə dəstəyi dayandırsa, bu, Ukrayna üçün çox çətin olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Times of India” qəzetinə müsahibəsində deyib.
“ABŞ-nin siyasətindən çox şey asılıdır. Mənə elə gəlir ki, hər şeyin ABŞ seçkilərindən asılı olduğunu söyləmək çox dərin təhlil deyil. Ukraynada müharibənin başlanması və millətimizin müqavimət göstərməsi ABŞ də daxil olmaqla müttəfiqlərin dəstəyi olmadan baş verib”, - o bildirib.
Zelenski etiraf edib ki, əgər ABŞ-nin siyasəti dəyişərsə və Vaşinqton Ukraynanı dəstəkləmədiyini söyləyərsə, Ukrayna üçün çox çətin olacaq: “Amma bu, siyasət tamamilə dəyişərsə. O zaman bununla nə edəcəyimizi düşünəcəyik”.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.























































